Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
AnasayfaAnasayfa  Latest imagesLatest images  AramaArama  Kayıt OlKayıt Ol  Giriş yapGiriş yap  

 

 Adolf Hitlerin Psixoloji Portreti, Şəxsi və Ailə Həyatına Dair Bəzi Qeydlər

Aşağa gitmek 
YazarMesaj
soner




Mesaj Sayısı : 3323
Kayıt tarihi : 31/05/10

Adolf Hitlerin Psixoloji Portreti, Şəxsi və Ailə Həyatına Dair Bəzi Qeydlər Empty
MesajKonu: Adolf Hitlerin Psixoloji Portreti, Şəxsi və Ailə Həyatına Dair Bəzi Qeydlər   Adolf Hitlerin Psixoloji Portreti, Şəxsi və Ailə Həyatına Dair Bəzi Qeydlər Icon_minitimeÇarş. Tem. 21, 2010 3:19 pm

Adolf Hitlerin Psixoloji Portreti, Şəxsi və Ailə Həyatına Dair Bəzi Qeydlər
Yunis Fərman oğlu Xəlilov
Yaxın keçmişimizin ən qorxulu kabusu, tarixin barəsində ən çox bəhs edilən diktatorlarından biri olan, II dünya müharibəsinin baş memarı və qanlı musəvi qətliamlarının cəlladı Adolf Hitler haqqında çox sözlər deyildi, barəsində geniş həcmli tədqiqatlar və araşdırmalar aparıldı, cild-cild kitablar yazıldı. Bu gün də öz müəmmalı və əsrarəngiz sirləri ilə tarixin qaranlıq səhifələrinə həkk olunmuş bu şəxsiyyətin portreti insanların yaddaşında hələ də qalmaqda davam edir: Dəlicəsinə qışqırıq, pafoslu, emosional və qırıq-qırıq nitq, qəfil jestlər!

Yazımızda Adolf Hitlerin psixoloji portretinə nəzər salmaqla yanaşı, onun şəxsi və ailə həyatının az tədqiq olunan bəzi “sirləri”ni də oxucularla bölüşmək istərdik.
Əsl soyadı Şiklqruber (Schicklgruber) olan Adolf Hitler 1889-cu ildə Almaniyanın sərhədlərinə çox yaxın bir yerdə, daha dəqiq desək, Avstriyanın yuxarı hissəsində Braunau şəhərində gömrükxana məmuru Alois Hitlerin ailəsində dünyaya gəlmişdir.

Tipik ailə tiranı olan Hitlerin atası Alois Hitler (1837-1903) 39 yaşına qədər öz anasının soyadını – Şiklqruber (Schicklgruber) daşıyırdı. Çünki o, nikahdankənar doğulmuşdu. Doğum qeydiyyatından cavabdeh olan bir rahibin, ögey atasının “Johann Georg Hiedler” olduğunu (bir başqa versiyaya görə isə bu şəxs qardaşı Johann Nepomuk Hiedler hesab edilir – Y.X.) aydınlaşdırmasından sonra Alois “Hiedler” soyadından istifadə etməyə başlamışdır. Hiedler, Huetler və Huettler kimi müxtəlif formalarda tələffüz edilən soyad son olaraq Hitler şəklinə düşmüşdür (Maraqlıdır ki, məhz bu məqam ucbatından Adolf Hitler sonralar siyasi düşmənləri tərəfindən soyadının Hitler deyil, Şiklqruber (Schicklgruber) olması suçlamalarıyla tez-tez qarşılaşmışdır – Y.X.). Alois Hitlerin 28 yaşlı Klara Pölzl (1860-1907) adlı qadınla izdivacı onun artıq üçüncü evliliyi idi. Onun ikinci arvadından Alois Jr. Və Angela adlı iki övladı olmuşdur. Hitlerin anası Klara Pölzl həlim xasiyyətli, mülayim, intiligent və çox dindar qadın olmuşdur. Aloislə Klaranın 7 övladından 4-ü (Gustav, İda və s.) hələ uşaq ikən ölmüş, Adolfdan sonra doğulan Edmund isə 6 yaşınadək həyatda qala bilmişdi. Hitlerin bacısı Paula Hitler 21 yanvar 1896-cı ildə doğulmuşdu. Hitler xaric, sağ qalan uşaqlardan biri ağıldankəm, digəri isə tam səfeh biri idi. Bu uşaqları cəmiyyət içərisinə çıxarmazdılar. Uşaqların belə xəstə olmaları təsadüfi deyildi. Belə ki, Hitlerin valideynlərinin izdivacı qan qohumluğuna o qədər yaxın idi ki, onlar evlənmək üçün icazəni Roma papasından almalı olmuşdular. Nə isə... Mətləbdən çox uzaqlaşmayaq.

Hitlerin doğum günü kimi qəbul edilən “20 aprel” tarixi böyük ehtimala görə əslində onun doğulduğu gün deyil. Fərziyyəyə görə Hitler ona qarşı qurula biləcək tas, tilsim, cadu və sehrləri qabaqcadan zərərsizləşdirməkdən ötrü öz doğum gününü qəsdən yanlış tarix olaraq göstərmişdir. Maraqlıdır ki, Hitlerin anadan olduğu bölgə medyum və falçılarla məşhur bir yer olmuşdur. Məsələn, tanınmış medyumlar Schneider qardaşları da həmin şəhərdə dünyaya gəlmişdir. Bundan əlavə, Hitlerin yaxın qohum və tanışlarından da medyum olanlar vardır.

Adının mənası qədim alman dilində “Əsilzadə qurd” (Adolf = nobelity+ wolf) mənasını verən Adolf yaxınları arasında “Adi” kimi də çağrılırdı (məsələn, Yeva Braun ona hər zaman belə səslənərdi). Adolf Hitler 1920-ci illərin əvvəllərindən üçüncü hökumətin süqutuna qədər yaxın ətrafı ilə münasibətlərində “Wolf” təxəllüsünü işlətmişdir. Hətta bu addan Avropadakı bir sıra mərkəzlərinin adında belə istifadə olunmuşdur (məsələn, Şərqi Prussiyada Wolfsschanze, Fransada Wolfsschlucht, Ukraynada Werewolf və s. kimi).

Qonur qarışıq mavi gözləri olan Adolf Hitlerin tünd şabalıdı saçları sonralar yaşlandıqca surətlə ağarmağa başlamışdı. Onun boyu 1.70 sm-dək idi. Yazı yazandan çoxlu qrammatik və digər xarakterli səhvlər yol verməsinə baxmayaraq, qeyri-adi hafizəyə malik idi.

Gənclik illərində zцvqsьz geyinmiş və xarici görkəminə bir o qədər də fikir verməmişdir.

Həyatının sonrakı mərhələlərində dini dəyərlərdən tam uzaqlaşsa da, o, Benedikt monastırında oxuduğu vaxtlarda ruhani olmağı belə düşünmüşdü.

Bir versiyaya gцrə Hitler hələ I dьnya mьharibəsi illərində epidemik ensefalit, yəni beyin iltihabı xəstəliyinə tutulmuşdu. Qeyd edək ki, bu xəstəlik beynin sırada çıxması və şəxsiyyətin antisosial komplekslərinin artmasına gətirə bilər. Sonralar alman rəhbəri şizofreniya, paroniya, isteriya və nevroz kimi sinir sistemi xəstəliklərinə də düçar olmuşdur.

Hitler bəzən цzьndən gedir və ayılandan sonra başqalarının görmədiyi, ancaq onun gözünə görünən dəhşətli varlıqlardan bəhs edirdi. Bayılma anlarında isə Hitleri sakitləşdirmək asan olmurdu. I dünya müharibəsi illərində onunla tez-tez danışan qeyb bir səsdən söhbət açardı. Hətta öz dediklərinə görə bir dəfə əsgər yoldaşları ilə yemək yediyi zaman bir səs ona “yerindən qalx və irəliyə doğru get” demişdi. O da sanki əmr almış kimi yerindən qalxmış və deyilənə itaət edərək irəliyə doğru təxminən iyirmi metrə yaxın yerimişdi. Yeməyinə davam etmək üçün yerinə oturmasından bir neçə saniyə sonra qulaqları kar edən bir gurultulu səs və qorxunc gözqamaşdırıcı bir işıq ətrafa yayılmışdı. Belə ki, yoldaşlarının birinin cibində partlamış əl bombası Hitlerdən başqa bütün əsgərlərin ölümünə səbəb olmuşdu.
Hitlerin bu əsrarəngiz səsin həyatı boyunca ona yol göstərdiyinə inanırdı. Həmçinin o, dünyaya, xüsusilə də Almaniyaya Avropanı yenidən qurmaq üçün gizli güclər tərəfindən göndərildiyinə inanırdı.

I dьnya mьharibəsi illərində Fransa və Belзikada 16-cı Bavariya Ehtiyat Alayı Qərargahında xəbərçi olaraq aktiv xidmət göstərən və daima düşmən atəşinə məruz qalan Hitler yanındakı digər əsgərlərin əksinə, verilən yeməklərdən və çətin döyüş şərtlərindən heç bir vaxt şikayət etməmişdir. Bunun əvəzinə o, sənət və tarix haqqında söhbətlər etmiş, ordu qəzeti üçün karikaturalar çəkmişdir. Əsgərlikdəki operativliyi və uğurlarına görə ilk dəfə 1914-cü ilin dekabr ayında “Dəmir Xaç, İkinci sinif” (“İron Cross, Second Class”), ikinci dəfə isə 1918-ci ilin avqust ayında əsgər üçün nadir hallarda verilən “Dəmir Xaç, İkinci sinif” (“İron Cross, First Class”) adlı əsgər nişanları ilə təltif edilmişdir.

Hərbi rьtbəsi yefreytor (baş əsgər) olan Hitlerin rütbəsi “liderlik xüsusiyyətlərinin kifayət qədər olmaması” səbəbindən yüksəldilməmişdir. Bəzi mənbələrə görə isə rütbəsinin yüksəldilməmə səbəbi onun alman vətəndaşı olmamasından qaynaqlanmışdır.

1916-cı ilin oktyabr ayında Fransanın şimalında ayağından yaralanan Hitler, 1917-ci ilin mart ayında ön cəbhədəki vəzifəsinə geri dönmüş, elə həmin il düşmən atəşindən yaralanması səbəbinə görə Qazi nişanı ilə təltif edilmişdir.

15 oktyabr 1918-ci ildə isə Hitler zəhərli qaz bombardmanından sonra qısa dövrlü kor olma səbəbindən döyüş meydanındakı hərbi xəstəxanada müalicə olunmuşdur. David Lewis və Bernhard Horstmann kimi bəzi psixoloqların fikrincə isə bu keçici korluğun əsl səbəbi Hitlerin keçirdiyi bir isterik tutma krizi olmuşdur.

Hitler bцyьk xalq kьtlələrini inandıracaq və təsir altına sala biləcək inanılmaz bir natiqlik qabiliyyətinə malik idi. O, danışığı ilə hər kəsi hipnoz edə bilirdi. Öz dediyinə görə onun bu natiqlik qabiliyyəti hələ uşaqlıqda bir çoxlarını başına toplayır və onları məftun edirdi. Hitler bir vaxtlar İstanbula da getmiş olan astroloq və medyum Hanussendən “təsirli danışmaq” dərsləri almışdır. Bir versiyaya görə ona böyük xalq kütlələri qarşısında nitq söyləməsindən qabaq təsirli danışmaq üçün morfin vurulurdu.

Tarixdən məlum olduğu kimi 1923-cü ilin noyabr ayında Münxendəki bir pivəxanada etdiyi yığıncaqda dövlət çevrilişi etmək fikrini ortaya atan Hitlerin ertəsi gün bu məqsədlə başlatdığı yürüşü polis tərəfindən dağıdıldı və digər yürüş iştirakçıları ilə birlikdə Hitler də həbs edildi. Tarixə “Pivə qiyamı” ilə düşən bu hadisəyə görə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Hitler dəmir barmaqlıqlar arxasında cəmi 9 ay qalmışdır. Landsberq həbsxanasında aktiv siyasi fəaliyyətdən məhrum olan Hitler iki cilddən ibarət olan “Mein Kampf” (“Mənim mübarizəm”) adlı əsərinin birinci cildini sadiq dostu Rudolf Hessə diktə edərək yazdırmışdır.

Tədqiqatзıların araşdırmalarından məlum olur ki, Hitlerin həyatı heç də“Mein Kampf”da özünün təsvir etdiyi kimi kasıblıqla keçməmişdir. Anasının ölümündən sonra əli bir qədər aşağı düşən Hitler ailə başçısını itirmiş biri kimi aylıq yetim pensiyası alırdı. Cibində isə ona görə pulu olmurdu ki, gününün müəyyən hissəsini şirniyyat dükanlarında keçirir və pullarını şirniyyat məmulatlarına xərcləyirdi. Pulunun digər böyük bir qismini isə operalara getməyə və kitablar almağa sərf edirmiş.

Eqosentrik tipə malik olan Hitler həmsцhbətə deyil, dinləyiciyə maraq gцstərirdi. Onun mьbahisədən və fikir mьbadiləsindən zəhləsi gedirdi. Xьsusən də ona etiraz olanda цzьndən зıxırdı. Elə məhz bu səbəbə görə də Almaniyaya onun ziyarətinə gələn Mussolini, Antonesku, Xorti və digər dövlət xadimləri saatlarla Hitlerin monoloqlarını dinləməyə məcbur olurdular. Hitler sözlərinin kifayət qədər təsir etmədiyini gördükdə, nitqinin tonunu, səs tempini dəyişir, sentimental etiraflardan kəskin və radikal ifadələrə, hədələrə, şantajlara keçirdi.

Hitler şifahi nitqində ən çox “mən” şəxs əvəzliyinə üstünlük verirdi. 1939-cu ildə Reyxstaqdakı bir nitqində o, 138 dəfə “Mən” sözünü işlətmişdi: “Mən Almaniyada hцkm sьrən xaosu aradan gцtьrdьm... Yalnız mən bir neзə milyon işsizə iş tapa bildim... Alman xalqını məhz mən birləşdirdim...”.

Hitler eynək taxmaqdan utanırdı. O, hesab edirdi ki, eynəkdən istifadə etmək alman xalqının rəhbərinə yaraşmaz. Buna görə də onun yazılarını xüsusi iri şiriftlərlə yazırdılar.

Hitleri heз kim зılpaq, hətta yarıçılpaq vəziyyətdə görməmişdi. Xəstələnmə ehtimalından ehtiyat etsə də, həkimlərin qarşısında soyunmamaqdan ötrü müayinə olunmurdu. Dərzilərin onun bədəninin ölçülərini götürməyə icazə vermirdi, paltarlarını hər zaman köhnə “nümunələr” əsasında tikdirirdi.

O, spirtli iзkilər iзmir, yanında siqaret çəkilməsinə icazə vermirdi. Hitler hava işıqlanana yaxın yuxuya gedirdi. O, xidmətçinin yardımı olmadan geyinirdi. Hitler yataqdan qalxan kimi xidmətçinin qapının arxasındakı masanın üstünə qoyduğu qəzetləri oxuyurdu. Əhval-ruhiyyəsi tez-tez, özü də əksər vaxt səbəbsiz yerə dəyişirdi. Bir versiyaya görə bu, ruhi xəstəlik əlaməti idi.

Ьmumiyyətlə, Hitler hər zaman həkimlərə şübhə ilə yanaşır, onlara “şarlatan” deyirdi. Yalnız bir həkimə - ixtisasca veneroloq olan şəxsi həkimi Morellə etibar edirdi. Hərdən o, yuxu gətirən dərmanlardan və kişilik qüdrətini artıran preparatlardan istifadə edirdi.

O, insanlara gьvənmirdi və tez-tez onların sadiqsizliyindən şikayətlənərək deyirdi: “İnsanları daha yaxşı tanıdıqca, itləri daha çox sevməyə başlayıram”.

Hitler qadınlara böyük maraq göstərirdi. Gənclik illərində sevgi macəraları ilə öyünməyi xoşlayırdı. Lakin o, qadınlara sərbəstlik verməyin tam əleyhinə idi.

Hitlerin məşuqələri ya özünü öldürür, yaxud da fürerin gestapoçularının işgəncələrinə dözməyib dünyalarını dəyişirdilər. Təsadüfi deyil ki, onu sevən qadınlardan ikisi intihar etmiş, Yeva Braun isə buna iki dəfə cəhd etsə də, sağ qalmışdı.

Bundan başqa, Hitlerin məşuqəsi olmuş alman kino-ulduzu 20 yaşlı Renata Müllerin bir yəhudi ilə görüşmə faktı gestapoya məlum olduqdan sonra onu öz evinin pəncərəsindən tullamışdılar. İngilis Yuniti Mitford isə özünü öldürməyə cəhd edərkən güllə onun kəlləsində ilişib qalması səbəbindən huşsuz vəziyyətdə 9 il yataqda qalmışdır. Süzi Liptauer də Hitlerlə gecə görüşündən sonra özünü öldürməyə cəhd etmişdi.

Hitlerlə yataqda olan qadınlar etiraf edirlər ki, o, qadın bədəninin dəyərini qiymətləndirməyi bacaran bir kişi olub.

Bir versiyaya gцrə Hitlerin цgey bacısının 21 yaşlı qızı Angela (Celi) Raubal onun sevdiyi yeganə qadın hesab edilir. Gözəl qız Münhenə gələn kimi 40 yaşlı “Adolf dayı” özünü himayədar elan edərək qızı öz yataq otağına yaxın yerdə yerləşdirib qapıda qoruyucular qoyaraq onu otaq dustağına çevirmişdi. Belə vəziyyətdən çıxış yolu tapa bilməyən qızın Hitlerin məşuqəsi olmaqdan başqa çarəsi qalmamışdı. Tezliklə bezən qız dostlarına “Mənim dayım yırtıcıdır. Onun məni nə etməyə məcbur etdiyini danışsam, inanmazsınız” deyib ağlayırdı. O, Hitlerin sadomazoxist davranışlarına iki il dözməli oldu. Hitlerə qarşı yaranan nifrətinin qarşılığında onun sürücüsü, otağı qoruyan qoruyucular və digər kişilərlə intim münasibətlərə girərək hayıf aldığını düşünürdü. Sonda belə acınacaqlı həyata tab gətirə bilməyən Celi Hitlerin şəxsi “volter”indən özünə atəş açaraq intihar etdi. Onun ölümü Hitleri çox narahat etdi və uzun müddət sakitləşə bilmədi...

Hitler Yeva Braunu зox sevirdi. O tez-tez yarızarafat şəkildə deyirdi: “Yer ьzьndə inandığım və etibar etdiyim iki canlı var: Yeva və itim Blandi”. Bir dəfə Hitlerin əhval-ruhiyyəsinin yaxşı vaxtı katibəsi Junge cəsarət edib ondan “Siz nə ьзьn Yeva ilə evlənmirsiniz?” deyə soruşmuşdu. Hitler tutulmuş, bir qədər sonra isə cavab vermişdi ki, o, nikah üçün yaranmayıb və əgər evlənərsə, ondan nə yaxşı ər, nə də ki yaxşı ata olar. Daha sonra isə fikrini belə tamamlamışdı: “Mən siyasətlə evlənmişəm. Mənim adaxlım Almaniyadır!”. Lakin tarixdən məlum olduğu kimi Hitler köməkçisi Heinz Lingenin təkidi ilə intihar etməsinə saatlar qalmış sevgilisi Yeva Braunla rəsmi nikaha daxil olmuş, bununla da Yevanın tarixə bir həyat qadını kimi düşməsinə əngəl olmuşdur. Onunla ölümə getməyə razı olan Yeva Braun Hitlerdən 23 yaş kiçik idi. İntellektinin olmasa da, bavariyalı gözəl yaraşıqlı boy-buxun, qamət və atletik bir bədən quruluşuna malik olmuşdur. Cəmiyyət içərisinə Hitlerlə çox az çıxan Yeva Hitler haqqında xatırlayır: “Зox vaxt heз ayaqqabılarını çıxarmazdı. Bəzən çarpayıya getməyə ərinər, elə yerdəcə uzanardıq. Döşəmədə o, çox erotik görünürdü”. Hitler Yevadan evdə зılpaq gəzməyi xahiş edərdi. Təbiət qoynunda birgə istirahət edəndə Hitler təkid edərmiş ki, Yeva çılpaq çimsin. Bu vaxt o, Yevanın şəklini çəkər və parnoqrafik şəkil kolleksiyasına bir yenisini əlavə edərdi. Özünəməxsus yumor hissi olan Hitler hərdən Yevanı hersləndirməyi sevərmiş. Salfet üzərindəki pomada izinə baxıb “mьharibə vaxtı pomadanı meyitdən hazırlayırlar” deyərək gьlərmiş.

Hitlerin musiqi zцvqьnə gəlincə, o, qədim german eposuna mьraciət edən R.Vaqneri yьksək qiymətləndirir, hərbi musiqiləri sevirdi.

O, kinofilmlərin alьdəзisi idi, saatlarla yerli, o cьmlədən xarici filmlərə baxmağı xoşlayırdı. O, həmçinin əyləncəli və sərgüzəştli filmlərə üstünlük verirdi.

Filosoflardan Nitsşeni hər zaman təqdir edirdi. Şophenhauer haqqında məlumatlı idi.

Paradoksal haldır ki, milyonlarla insanın ölümünə göstəriş verən Hitlerin həyatında bəzi kövrək və duyğusal məqamların olması haqda məlumatlar vardır. Belə ki, onu yaxından tanıyanlar Hitlerin adi bir quşun, heyvanın ölümünə göz yaşları tökdüyünü qeyd edirlər. Hitleri yaxından tanıyanların bəziləri isə onun əsl centlmen, həssas və qayğıkeş bir insan olduğunu söyləyirlər.

Hitler цzь haqqında həddindən artıq yüksək fikirdə idi və o, bu heç bir zaman gizlətmirdi: “Mцcьzə baş verdi! Milyonlarla adamın içərisində siz məni tapa bildiniz. Mənim sizi tapmağım isə Almaniya üçün xoşbəxtlikdir” (1936-cı il. Öz silahdaşlarına müraciəti). Və ya o, deyirdi: “Mənim bir nəfər belə olsun məsləhətзim, mьşavirim yoxdur! Öz beynim özümə bəs eləyir! Mən heç bir beyin tresti lazım deyil!!!”.

Hitlerin həyatına 32 dəfə sui-qəsd edilsə də, sonuncu yəni, polkovnik Claus fon Stauffenbergin həyata keçirdiyi sui-qəsd onun səhhətinə psixoloji baxımdan çox mənfi təsir göstərmişdi. Belə ki, əksəriyyət insanın öldüyü sui-qəsddən möcüzəvi şəkildə sağ qurtaran Hitlerin artıq başı, sol əli və ayaqları əsməyə başlamışdı, hərəkətlərinə isə nəzarət etməkdə çətinlik çəkirdi. 1944-cü ilin sonunda etibarən o, artıq şiddətli şəkildə dəli olmaq dərəcəsinə çatmışdı. Belə ki, o, tez-tez öz-özünə danışır, rahat yata bilmir, qışqıraraq sayıqladığı yuxulardan oyanırdı.

Nəhayət, Hitler Yeva Braunla birlikdə 1945-ci ilin 30 aprel tarixində intihar etmiş, öz vəsiyyətinə görə köməkçisi Heinz Lingenin rəhbərliyi ilə cəsədlər yandırılaraq məhv edilmişdi.

Bir versiyaya gцrə Hitler ruhunu şeytana satdığından və satanist olduğuna görə intihar gününün 30 aprel olaraq seçməsi təsadüfi olmamışdır. Belə ki, 30 aprel günü satanizm təqvimində ən qədim bayramlardan biri olan Valpurgiya gecəsinə tuş gəlir ki, həmin gün özünü şeytana qurban vermək böyük savab iş hesab edilir!

Mənbə
1. Xəlilov Yunis. Hitler kimdir? “Qeybdən gələn səslər kitabı” (ədəbi almanax). Bakı. “Nur­lan” nəşriyyatı. 2004. səh. 228-236.
2. Xəlilov Yunis. Hitler: psixoloji portreti və şəxsi həyatına dair bəzi qeydlər. “Şaman” ictimai-siyasi, ədəbi-bədii qəzet. №07 (15). 09 iyun 2006, səh. 7.
3. “Kavgam” (“ Mein Kampf”) Tьrkзeye зevireni Refik Цzdek.Istanbul-2002.
4. Aytunз Altındal. Bilinmeyen Hitler. Yeni Avrasya Yayınları; Ankara , 2001, 15.5 x 23.5 cm., 254 sayfa, Tьrkзe, Karton kapak. ISBN No: 9756669012
5. en.wikipedia.org/wiki/Adolf_Hitler

Sayfa başına dön Aşağa gitmek
 
Adolf Hitlerin Psixoloji Portreti, Şəxsi və Ailə Həyatına Dair Bəzi Qeydlər
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası
 Similar topics
-
» ALMAN DİKTATORU ADOLF HİTLERİN HƏYATI
» Adolf Hitler'in Psikolojik Portresi, Şahsî ve Aile Hayatına Dair Bazı Kayıtlar
» Adolf Hitler'in Psikolojik Portresi, Şahsî ve Aile Hayatına Dair Bazı Kayıtlar
» Adolf Hitler'in Psikolojik Portresi, Şahsî ve Aile Hayatına Dair Bazı Kayıtlar
» Adolf Hitler'e Yapılan Suikast Girişimi

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
 :: Bilgi Köşesi :: Yabancı Dilde Makaleler-
Buraya geçin: